"Ulu bir sərkərdə, ulu bir Öndər" adlı tədbir keçirildi

12 dekabr 2024-cü il tarixində məktəbdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.Abbasxanova, kitabxana müdiri İ.Mustafayeva, müəllim və şagird kollektivi iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə  Heydər Əliyevin zəngin həyat yolu, dövlətçilik prinsipləri və Azərbaycan xalqı üçün gördüyü misilsiz işlər haqqında çıxışlar edildi. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdi, mahnılar ifa etdi. Tədbirin əsas məqsədi ümummilli liderin əziz xatirəsini yad etmək və onun milli-mənəvi irsini gələcək nəsillərə çatdırmaqdır. Təlim-tərbiyə işləri üzrə direktor müavini N.Abbasxanova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün göstərdiyi xidmətləri bir daha vurğuladı və onun ideyalarının hər zaman yaşadılacağınl bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi