"Yaşıl Dünya Nağılı" adlı tədbir keçirildi

11 dekabr 2024-cü il tarixində məktəbin akt zalında coğrafiya müəllimi A. Fətəliyevanın təşkilatçılığı vəVlll sinif şagirdlərinin iştirakilə Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində "Yaşıl dünya nağılı" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavini Ş. Abasova, təlim-tərbiyə işləri üzrə direktor müavini N.Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova, kitabxana müdiri İ.Mustafayeva, psixoloqlar A. Ağarzayeva, R. Ağayeva, fənn müəllimləri və şagirdlər iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şagirdlər iqlim dəyişmələrindən, istixana effektindən, tullantıların təkrar emalından, təbii sərvətlərdən, alternativ enerji mənbələrinin səmərəli istifadəsindən və ətraf mühitin mühafizəsi üzrə son illərdə dünya ölkələrində, həmçinin Azərbaycanda görülən işlərdən söhbət açdı.
Şagirdlər yaşıl dünya naminə hazırlanmış tədbirdə öz əl işlərini təqdim etdi. Əl işləri alternativ enerji mənbələri idi. Şagirdlər alternativ enerji mənbələri mövzusunda öz yaradıcı yanaşmalarını nümayiş etdirdilər. Onlar günəş enerjisi ilə çalışan modellər, külək turbini prototipləri, bioyanacaq texnologiyaları üçün kiçik layihələr və hətta su enerjisindən istifadə edən sadə mexanizmlər hazırlamışdı. Hər bir əl işi öz unikallığı ilə seçilirdi və ekoloji təmiz texnologiyaların vacibliyini vurğulayırdı. Tədbir zamanı şagirdlər əl işlərini təqdim edərək bu texnologiyaların ətraf mühitə təsirini, gələcəkdə tətbiq imkanlarını və onların enerji təminatında oynaya biləcəyi rolu izah etdilər. Təqdimatlar çox yaradıcı və maarifləndirici xarakter daşıdı ki, bu da tədbir iştirakçılarının marağına səbəb oldu. Sonda məktəbin direktoru G. Rüstəmova tədbirin hazırlanmasında əməyi olan müəllim və şagirdlərə təşəkkür edərək bildirdi ki, bu kimi maarifləndirici tədbirlər şagirdlərin həm təcrübə yolu ilə öyrənməsinə, həm də ekoloji şüurunun inkişafına təkan verir.