"Sağlam gənclik sağlam gələcək" adlı maarifləndirici tədbir keçirildi

02 dekabr 2024-cü il tarixində məktəbin kitabxana müdiri İ. Mustafayevanın təşkilatçılığı, lX sinif şagirdlərinin iştirakilə Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunmuş “Sağlam gənclik, sağlam gələcək” adlı tədbir keçirildi. Tədbirdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə. Zeynalova iştirak etdi. 
Tədbirin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, QİÇS-in (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) yaratdığı təhlükələr və onun qarşısını almağın yolları barədə maarifləndirici məlumatlar verməkdi. Kitabxana müdiri QİÇS-lə mübarizə mövzusunda giriş sözü ilə çıxış edərək bu xəstəliyin qlobal təsiri və profilaktikanın vacibliyi barədə danışdı.
Tədbir zamanı şagirdlərə QİÇS-in yaranma yolları, onun qarşısını alma üsulları və cəmiyyətin bu mövzuda maariflənməsinin önəmi haqqında ətraflı məlumat verildi. Şagirdlər mövzu ilə bağlı videoçarx izlədilər və təqdimatlarda aktiv iştirak edərək öz suallarını ünvanladılar. Tədbirdə iştirak edən məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova çıxış edərək “Sağlam gənclik, sağlam gələcək” devizi altında keçirilən bu tədbir şagirdlərin məsuliyyətli həyat tərzi seçiminə və bu sahədə biliklərini artırmağa töhfə verdiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi