Kitabxanada "Annotasiya" dərsi keçirildi

26 noyabr 2024-cü il tarixində məktəbin kitabxanasında 4C sinif şagirdlərinin iştirakı ilə Annotasiya mövzusuna uyğun maraqlı və interaktiv dərs keçirildi. Dərsin əsas məqsədi şagirdlərə mətnlərin annotasiyasını hazırlamaq bacarığını öyrətmək, onların məntiqi düşüncəsini inkişaf etdirmək və oxu vərdişlərini stimullaşdırmaq. 
Dərs zamanı şagirdlər annotasiya anlayışı ilə tanış oldu, mətnlərin əsas məzmununu qısa və dəqiq ifadə etmə üsullarını öyrəndilər. Kitabxana müdiri İ. Mustafayeva şagirdlərə  müxtəlif mətnlər təqdim edərək mətnlərin annotasiyalarını hazırlamağı tapşırdı. Şagirdlərin fəallığı və yaradıcı yanaşmaları dərsə xüsusi rəng qatdı.
Dərsin sonunda iştirakçıların hazırladıqları annotasiyalar müzakirə olundu və müəllim tərəfindən qiymətləndirildi. Dərsdə məktəbin uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, UBTR Ə.Zeynalova iştirak etdi. Onlar da öz növbəsində dərsin şagirdlərin yalnız oxu və yazı bacarıqlarını deyil, həm də tədqiqat aparma və məlumatları analiz etmə vərdişlərini inkişaf etdirmək üçün uğurlu bir addım olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi