Sıra xəttində "Zəfər günü" qeyd olundu

7 noyabr 2024-cü il tarixində məktəbdə həm l, həm də ll növbənin sıra xəttində 8 Noyabr "Zəfər Günü"nə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz anıldı, Vətən uğrunda göstərilən şücaət və qələbə simvolik olaraq qeyd olundu. Məktəb rəhbərliyi bu mühüm günün əhəmiyyətini vurğulayan çıxışlar etdi, iştirakçılara Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfərin tarixi və strateji əhəmiyyəti barədə məlumat verdi. Sonda şagirdlərin ifasında mahnı və rəqs nömrələri nümayiş olundu. Hər kəsin qəlbində Vətənə sevgi və bağlılıq hissi bir daha gücləndi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi