"Sən qalibsən, Azərbaycan" adlı tədbir keçirildi

7 noyabr 2024-cü il tarixində məktəbdə 8 Noyabr "Zəfər günü" nə və 9 Noyabr "Bayraq günü"nə həsr olunmuş "Sən qalibsən, Azərbaycan" adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə müharibənin qəhrəmanları olan şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Zəfər gününün əhəmiyyəti vurğulanaraq, Azərbaycanın qalibiyyəti və bu möhtəşəm nailiyyətin xalqımızın birlik və əzmindən qaynaqlandığı bildirildi. Tədbirdə iştirak edən şagirdlər Vətən sevgisini və milli qüruru qeyd edərək, gələcəkdə bu zəfərin əhəmiyyətini daha da dərindən anlamanın vacibliyini vurğuladı, Vətənə,bayrağa həsr olunmuş şeir, mahnı və rəqs nömrələri ilə çıxış etdi.