"Zəfər günü" nə həsr olunmuş şeir müsabiqəsi keçirildi

Məktəbdə kitabxana müdiri İradə Mustafayevanın təşkilatçılığı ilə "8 Noyabr Zəfər Günü"nə həsr olunmuş şeir müsabiqəsi keçirildi.Müsabiqədə iştirak edən şagirdlər, vətənpərvərlik, müstəqillik, torpaqlarımızın azadlığı və Qarabağın zəfərini tərənnüm edən şeirlər oxudu. Hər bir şeir dərin mənalı, emosional və təsirli idi. Şagirdlər, şeir vasitəsilə həm öz əzəmətli tariximizi, həm də gələcək nəsillərə miras qalacaq zəfərimizi yad etdi.Müsabiqənin sonunda iştirakçılara diplomlar təqdim olundu. Müsabiqədə iştirak edən məktəb rəhbərliyi tədbirin əhəmiyyətini vurğulayaraq, belə müsabiqələrin şagirdlərin milli kimlik və vətən sevgisini inkişaf etdirməyə, həmçinin ədəbiyyata olan maraqlarını artırmağa xidmət etdiyini qeyd etdi.