Fövqaladə hallar və mina təhlükəsizliyinə aid təlim keçirildi

1 noyabr 2024-cü il tarixində məktəbdə fövqəladə hallar və mina təhlükəsizliyinə dair təlim keçirildi. Təlimdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi R. Ağayev, BŞTİ əməkdaşı Ş. Bağırova, Vətən müharibəsi qaziləri, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. Təlimin məqsədi, şagirdlərə və müəllimlərə fövqəladə hallar zamanı necə davranmaq, təcili yardım göstərmək və mina təhlükələrindən necə qorunmaq barədə məlumat verməkdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir iştirakçılarını salamlayan məktəbin direktoru G. Rüstəmova mövzu ətrafında qısa məlumat verdi, sonra söz məktəbin hərbi rəhbəri T. Maçanova verildi. O,  fövqəladə hallarda – yanğın, zəlzələ, təbii fəlakətlər və digər təhlükəli vəziyyətlərdə – nə etməli olduğumuzu izah etdi, məktəbdəki təhlükəsizlik protokolları barədə ətraflı məlumat verərək, təxliyə yolları, mühafizə tədbirləri və yardım çağırma üsullarını vurğuladı. .
Mina təhlükəsizliyi ilə bağlı R. Ağayev məlumat verərək minanın nə olduğunu, onlardan necə uzaq durmaq lazım olduğunu və minanın olduğunu ehtimal etdiyimiz ərazilərdə necə davranmalı olduğumuzu izah etdi, şagirdlərə, mina tapıldığı halda dərhal yetkili şəxslərə məlumat verməyin vacibliyi vurğuladı.
Təlimdə həmçinin qeyd olundu ki, bu cür təlimlər məktəb cəmiyyətimizin təhlükəsizliyini artırmaq, həmçinin fövqəladə hallar zamanı soyuqqanlı və düzgün qərarlar verməyə kömək edir. 
Təlimin növbəti mərhələsində, şagirdlər fövqəladə hallara aid səhnəciklər nümayiş etdirdi. Bu səhnəciklər vasitəsilə müxtəlif fövqəladə hallar zamanlı  necə davranmalı olduqları və təhlükəsizliyi təmin etmək üçün hansı addımları atmalı olduqları canlandırıldı.
Sonda tədbir iştirakçıları ilə birlikdə ağacəkmə aksiyası keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi