"Mütaliə mənəvi zənginliyə gedilən yoldur" adlı təşkilat saatı keçirildi

16 oktyabr 2024-cü il tarixində məktəbin kitabxana müdiri İ. Mustafayeva təşkilatçılığı və məktəb  şagirdlərinin iştirakı ilə "Mütaliə mənəvi zənginliyə gedilən yoldur" adlı sinif saatı keçirildi. Kitabxana müdiri mütaliənin gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasındakı əhəmiyyəti haqqında ətraflı məlumat verdi. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini N.Abbasxanova da öz növbəsində çıxış edərək mütaliənin insan həyatındakı rolundan söhbət açdı. Qeyd etdi ki, mütaliə mədəniyyətinin, dünyagörüşünün formalaşması, nitq mədəniyyətinin zənginləşməsi, kitaba olan marağın artması üçün uşaqlara daim qiraətlə məşğul olmaq vacibdir. Həmçinin metodbirləşmə rəhbəri N. Qasımova çıxış edərək mütaliə saatlarının təşkilinin uşaqlar üçün çox yaxşı nəticə göstərdiyini vurğuladı. Belə ki, uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb kitaba maraq göstərir və onlarda gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaranır. Sonda şagirdlərin oxuduğu kitablar müzakirə olundu. Şagirdlər oxuduqları kitablardakı obrazları birlikdə təhlil etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi