10 Oktyabr Psixi sağlamlıq günü mövzusunda dəyirmi masa keçirildi

10.10.2024-cü il tarixində məktəbdə psixoloqlar-A. Ağarzayeva və R. Ağayevanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən psixoloqlar 1992-ci ildən etibarən hər il oktyabrın 10-u Ümumdünya Psixi Sağlamlıq Günü kimi qeyd edildiyini vurğuladı. Həmin gün Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə təsis edildiyi qeyd olundu. Dəyirmi masada şagirdlərə psixi sağlamlıq insanın öz qabiliyyətlərini reallaşdıra bildiyi, adi həyat streslərinin öhdəsindən gəldiyi, səmərəli çalışdığı vəziyyət olduğu nəzərə çatdırıldı. Şagirdlər də qeyd etdi ki, dünya üzrə faktlar göstərir ki, davamlı sosial-iqtisadi təzyiq, yoxsulluq, icmalar üçün psixi sağlamlığın risk amillərinə aiddir. Bundan əlavə, insanları psixi pozuntulara həssas edən xüsusi psixoloji və şəxsiyyət amilləri, həmçinin genetik faktorlar və beyində kimyəvi maddələrin tarazlığının itməsi kimi bioloji səbəblər də bu amillərdəndir. Sağlamlığın ayrılmaz və əhəmiyyətli hissəsi olan psixika hər kəsə öz bacarıq və şəxsi potensialını nümayiş etdirməyə, adi həyat streslərini dəf etməyə, məhsuldar və faydalı iş görməyə, cəmiyyətə xeyir verməyə imkan yaratdığı nəzərə çatdırıldı.