Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi

5 oktyabr 2024-cü il tarixində məktəbin akt zalında Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlər müəllimləri bayram münasibəti ilə təbrik edərək müəllimlərə həsr olunan şeir və mahnılar ifa etdi, rəqs nömrələrilə çıxış etdi. Məktəbin direktoru G. Rüstəmova çıxış edərək müəllim peşəsinin necə şərəfli və qiymətli olmasından danışdı. O. ümummilli lider Heydər Əliyevin müəllim haqqında dediklərini xatırlatdı: ”Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq”. Tədbirin sonunda müəllim peşəsinə həsr olunmuş videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi