27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirildi

27 sentyabr 2024-cü il tarixində məktəbdə Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirildi. İlk olaraq məktəbdə həm l, həm ll növbənin sıra xəttində tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru G. Rüstəmova çıxış edərək dövlət başçımız cənab lham Əliyevin və Müzəffər Ordumuzun dəmir yumruq kimi birləşərək qalib olduğu bu mübarizədə şəhidlərimizin, qazilərimizin, hərbçilərimizin şücaətinin danılmaz olduğunu bildirdi. Daha sonra siniflərdə Anım gününə həsr olunmuş dərslər keçirildi. Şagirdlərin ifasında vətənpərvərliyə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi, 44 günlük Vətən müharibəsinə həsr olunmuş video-slaydlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi