"Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi

27 sentyabr 2024-cü il tarixində məktəbdə 27 Sentyabr-Anım Günü ilə əlaqədar olaraq məktəbin UBTR Ə.Zeynalovanın təşkilatçılığı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" adlı tədbir keçirildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı, müəllim və şagird kollektivi iştirak etdi. Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər şəhidlərimizə həsr olunmuş şeirlər və mahnılar ifa etdilər.