"Bilik gününə" həsr edilmiş tədbir keçirildi

16 sentyabr 2024-cü il tarixində məktəbdə bilik gününə həsr edilmiş tədbir keçirildi. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru G. Rüstəmova çıxış edərək yeni tədris ilində qarşıya qoyulan hədəflərdən danışdı, əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik etdi və şagirdlərə uğurlar arzuladı.