Müəllimlərdə professional-emosional tükənmə

Tükənmə müəyyən sahələrdə, xüsusilə, insanlara xidmət edən işlərdə çalışan şəxslərin tez-tez yaşadığı fiziki, zehni və emosional yorğunluğa səbəb olan bir sindromdur.İşləyən insanların 80% -i iş həyatlarının müəyyən bir dövründə tükənmə sindromu ilə üzləşə bilər. Bu baxımdan məktəbin psixoloqu R.Ağayeva müəllimlərə əvvəlcə emosional tükənmənin tarixi haqqında nəzəri məlumatlar verdi. Daha sonra isinmə oyunu keçirdi, qrup terapiyası apardı. Terapiyanın sonunda müəllimlər təəssüratlarını paylaşdılar.