"Azərbaycanın COP 29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür" mövzusunda dəyirmi masa keçirildi
14.05.24 tarixində kitabxana müdiri İradə Mustafayeva və məktəbin coğrafiya müəllimi Vüsalə Səlimovanın təşkilatçılığı ilə "Azərbaycanın COP 29-a sədrliyi qlobal Şimal və Cənub arasında körpüdür" mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə " İqlim dəyişmələrinin tarixi və səbəbləri", "Azərbaycanın iqlim dəyişmələrinin nəticələrinin aradan qaldırılması üçün həyata keçirdiyi fəaliyyət və COP 29-a sədrliyə gətirib çıxaran fəaliyyəti" mövzularinda çıxışlar edildi. COP 29-un ölkəmizdə keçirilməsinə dair qərarın həm yerli, həm də xarici müşahidəçilər tərəfindən çox mühüm bir hadisə kimi qiymətləndirildiyi qeyd edilib. Sonda video-çarx nümayiş olundu.Tədbirdə tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova, Azərbaycan dili və ədəbiyyat metodirləşmə sədri S.Quliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi T.Tağıyev və 11c sinif şagirdləri iştirak etdilər.