"Dünyamızı gözəlləşdirək" devizi altında breyn rinq intellektual yarış keçirildi

8 may 2024 -cü il tarixində "Yaşıl dünya naminə həmrəylik ili" elan olunduğundan 5 ci siniflər arasında "Dünyamızı gözəlləşdirək" devizi altında breyn rinq intellektual yarış keçirildi. Məktəbin psixoloqu R.Ağayevanın təşkilatçılığı ilə keçirilən yarışda təbiət fənni, dünyagörüşünə aid suallar təqdim olundu. Yarış 2 tur və final mərhələsindən ibarət oldu. Qalibləri münsiflər heyəti - tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova, UBTR Ə.Zeynalova, kitabxana müdiri İ.Mustafayeva, fənn müəllimləri Gültac və Sübhan müəllim tərəfindən seçildi. 5ç sinfi -1ci yer,  5k sinfi 2-ci yer,  5ə sinfi isə 3 cü yerə layiq görüldülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi