Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir
Məktəbin illik Fəaliyyət Planının 1.3.29-ci bəndinə əsasən Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. BŞTİ-nin Sabunçu rayonu III-Kurasiyasına daxil olan 71, 75,,112,188,137,,296, 307, 311 nömrəli məktəblərin rəhbərliyinin iştirak etdiyi "Dövlətçilik ənənələrimiz dünən, bu gün, sabah" adlı konfrans 10 may 2024-cü il tarixində keçirildi. Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru G.Rüstəmova çıxış edərək gələn qonaqları salamladı. Sonra o, dahi liderin Vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışaraq qeyd etdi ki, milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyəti xalqin təşəkkülünü, bu dövrün başlıca mahiyyətini təşkil edir: “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub.
Qədim dövrlərdən bu günümüzə tarixi ekskursiyanı məktəbin tarix müəllimləri G.Qasımova, A.Hümbətli, S.Kərimova və S.Əhmədova təqdim etdi. Çıxışçılar bizim eradan əvvəlki dövrdən başlayaraq bu günümüzədək xalqımızın təşəkkülü prosesini, müxtəlif dövrlərdə mövcud olmuş dövlətlər haqqında geniş məlumat verdi və dövlətçiliyin mühüm aspektlərini izah etdilər. Sonra qonaqlar şagirdləin təqdimatında ədəbi-bədii kompozisiyaya tamaşa etdilər.