“Mənim çiçəkli dünyam”adlı aksiya keçirilmişdir
10 may 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Mənim çiçəkli dünyam”adlı aksiya keçirilmişdir. Aksiya çərçivəsində təhsilalanlar məktəbin həyətyanı sahəsində bir-birindən maraqlı guşələr yaratmış, müxtəlif dekorativ güllər əkmişlər. Belə tədbirlər şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasını, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasını, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsini stimullaşdırır.
BŞTİ-nin Sabunçu rayonu III-Kurasiyası üzrə 71, 75, 112,137, 188, 296, 307, 311 nömrəli tam orta məktəblərin rəhbərləri aksiyada yaxından iştirak etmişlər. Bu aksiyanın kurasiyaya daxil olan digər məktəblərdə də keçirilməsi nəzərdə tutulmuşdur.