“Yaşıl dünya naminə həmrəylik ili”

İnkişaf etmiş və etməkdə olan ölkələrin ən böyük problemlərindən biri ətraf mühitin mühafizəsi və təhlükəli tullantılardan təmizlənməsidir. Bu halın azalmaq əvəzinə getdikcə çoxalması hamını sözügedən məsələ barədə düşünməyə məcbur edir. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər planının həyata keçirilməsi məqsədlə məktəbdə mart-may ayları ərzində müxtəlif layihələr icra olunmuşdur.

Ekoloji maarifləndirilmə sahəsində təhsilalanların bu sahədə bilik və bacarıqlarını artırmaq, yaradıcı qabiliyyətlərini aşkara çıxarmaq, ətraf mühiti qorumaq və ekoloji problemlərin həlli yollarının araşdırılmasına kömək etmək məqsədilə “Tullantıdan incəsənətə” adlı sərgi keçirilmişdir.

Şagirdlər müxtəlif lazımsız plastik və şüşə butulkalardan, salafan torbalardan, kartonlardan, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edərək düzəltdikləri əl işlərini nümaiş etdirdilər. Tədbirdə BŞTİ-nin Sabunçu rayonu III-Kurasiyası üzrə 71, 75, 112,137, 188, 296, 307, 311 nömrəli tam orta məktəblərin rəhbərləri iştirak etmişlər. Qərara alındı ki, təhsilalanları ekoloji baxımdan daha çox maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilsin.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi