Məktəbin illik Fəaliyyət planının 1.3.12 bəndinə və BŞTİ – nin “ Xocalı faciəsinin iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə bağlı “ hazrladığı Tədbirlər Planına əsasən məktəbdə “ Xocalı faciəsi əsrin faciəsidir “ adlı ədəbi – bədii kompozisiya təşkil edildi .Tədbiri məktəbin ibtidai sinif müəllimi Nərminə müəllimin rəhbərliyi ilə “ IV ç “ sinifi hazrlamışdır. Tədbirin əsas məqsədi Xocalı soyqırımının gənc nəslə təbliğ edilməsi , Azərbaycan xalqının məruz qaldığı soyqırımlar haqqında şagirdlərin maarifləndirilməsi idi . Tədbirdə şagirdlər səhnələr hazırlamış müxtəlif şeirlər səsləndirmiş və soyqırım haqqında geniş məruzələr hazırlamışdılar. Tədbirdə çıxış edən Nərminə müəllim “ Xocalı soyqırım “ hadisəsinin dünya ictimaiyyətinə çatdırılmasında , onun müxtəlif dövlətlərdə təbliğ edilməsində Azərbaycan Respublikasının yürütdüyü siyasətdən danışmış və bu sahədə ölkəmizin prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi fəaliyyəti şagirdlərin diqqətinə çatdırmışdır. Tədbirin sonunda şagirdlərə Azərbaycan ordusunun cəbhə xəttində həyata keçirdiyi uğurlu əmaliyyatlarından xüsusən Aprel hadisələrindən bəhs edən slayd nümayiş edilmişdir.