" Xocalısız 25 il " adlı rəsm müsabiqəsi keçirildi
Məktəbin illik Fəaliyyət Planının 1.3.12 bəndinə və BŞTİ - nin " Xocalı faciəsinin iyirmi beşinci il dönümünün qeyd edilməsi ilə " bağlı Tədbirlər Planına əsasən məktəbdə 20.02.2017 tarixdə " Xocalısız 25 il " adlı rəsm müsabiqəsi keçirildi. Xocalı soyqırımının gənc nəslə təbliği , Azərbaycan xalqının məruz qaldığı soyqırımlar haqqında şagirdlərin maarifləndirilməsi məqsədi ilə Müsabiqədə məktəbin fəal şagirdlərindən olan , çəkdiyi şəkillərlə məktəbdaxili və rayon müsabiqələrində fərqlənən Muradova Səidə qalib oldu.