Xocalı soyqırımına aid sənədli film nümayiş olundu
15 fevral 2017 -ci il tarixində Xocalı soyqırımının 25-ci il dönümünün qeyd edilməsi ilə əlaqədar məktəbdə Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən hazrlanmış tədbirlər planına uyğun olaraq Xocalı soyqırımına aid sənədli film nümayiş olundu. Təlim tərbiyə işləri üzrə direktor müavini Qiyasova Kifayət müəllimin təşkilatçılığı ilə məktəbin 4-cü sinif şagirdləri tədbirdə iştirak etdilər. Sənədli filmə baxan şagirdlərimiz Xocalı hadisəsi ilə əlaqəli müxtəlif şeirlər səsləndirdilər . Xocalı soyqırımı qurbanlarını yad etmək , doğma vətənə sevgi , məhəbbət hisslərini aşılamaq məqsədi ilə həyata keçirilən bu tədbirə görə Qiyasova Kifayət müəllimə təşəkkür edirik .