"Qohumlar arası nikah və erkən nikahın fəsadları"adlı seminar

04.05.2024- cü il tarixində “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi" məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə işi aparıldı. Məktəbin akt zalında 8-9 cu sinif şagirdləri ilə birgə keçirilən seminarda məktəbin psixoloqu R.Ağayeva
qeyd etdi ki, erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri aktual ailə problemlərindəndir. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların – gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Erkən nikahlar ana və uşaq ölümlərinə səbəb olur. Seminarın sonunda mövzu ilə bağlı şagirdlər də fikirlərini bildirərək geniş müzakirə apardılar.