Siniflərə baxış keçirildi

02 may 2024-cü il tarixində uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı X.Fərəcova , UBTR Ə.Zeynalova və sinif rəhbərləri tərəfindən şagirdlərin gigiyena qaydaları, siniflərin təmizliyi həmçinin dərsliklərin saxlanma vəziyyətini yoxlamaq məqsədilə siniflərə baxış keçirildi. Baxış zamanı şagirdlərin dərslikləri yoxlanılaraq onlara bir necə tövsiyələr verildi. Məqsəd şagirdlərin davranışlarına düzgün təsir etməyəcək halların, nöqsanların aradan qaldırlması, kitabların səliqəli və təmiz olması vacibliyinə şagirdlərin diqqətini cəlb etməkdir.