Suyun qorunması və qənaət olunması mövzusunda şagirdlərlə söhbət aparıldı

16.04.2024 tarixdə kitabxanasında "Suyun çirklənməsi- qlobal problem kimi. Suyun qorunması və qənaət olunması-gələcəyimiz üçün" mövzusunda   8e sinif şagirdləri ilə müzakirə xarakterli söhbət aparıldı. Müzakirə zamanı içməli suyun həyatın varlığı üçün zəruri amillərin ən önündə gəldiyi, onun çirklənməsinin, azalmasının nə qədər təhlükəli olduğu vurğulandı. Məqsəd, gələcəyimiz üçün, içməli suyun nə qədər əhəmiyyətli olduğuna şagirdlərin diqqətini cəlb etmək idi. Şagirdlər maraqla dinlədikdən sonra, suya qənaət etmək və qorumaq üçün şagird olaraq nə edə biləcəklərini dilə gətirdilər, bu mövzuda başqa uşaqları da məlumatlandıracaqlarını söylədilər. Tədbirdə təlim-tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova və fənn müəllimləri L.Əliyeva, Ü.Fəliyevada iştirak etdi.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi