"Qızların təhsildən yayınması hallarının  qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirildi

Kitabxana müdiri İradə Mustafayevanın təşkilatçılığı ilə "Qızların təhsildən yayınması hallarının  qarşısının alınması" mövzusunda maarifləndirmə tədbiri keçirildi. İradə müəllim tədbirə Hacı Zeynalabdin Tağıyevin bir kəlamını xatırladaraq başladı:  "Bir oğlana təhsil verməklə, təhsilli  bir insan qazanarsınız , bir qıza təhsil verməklə isə təhsilli bir ailə qazanmış olarsınız". Daha sonra tərbiyə işləri üzrə təşkilatçı X.Fərəcova şagirdlərə bu mövzu ilə bağlı tövsiyələrini verdi. Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırıldı. Bu mövzu ilə bağlı video-slayd nümayiş olundu. Tədbirdə fənn müəllimləri və 8f sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi