Zərərli vərdişlərin profilaktikası ilə bağlı seminar təşkil olundu

28.02.2024 cü il tarixində məktəbin psixoloqu R. Ağayevanın rəhbərliyi ilə  Zərərli vərdişlərin profilaktikası ilə bağlı kitabxanada seminar təşkil olundu. Şagirdlər tütünün lehinə və əleyhinə olmaqla iki qrupa bölündülər, debat şəklində müzakirələr oldu. Bildirildi ki, tütün çəkənlərlə yanaşı, bu zərərli vərdişin aludəsi olmayan yeniyetmələrin ictimai məkanlarda, evlərdə tütün tüstüsünün ziyanlı təsirinə məruz qalması onların səhhəti üçün ciddi təhlükə yaradır. Bir daha vurğulandı ki, ölkəmizdə tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında qəbul olunan qanun əhalinin sağlamlığının qorunması sahəsində və ikincili tütünçəkmənin artan təhlükələrinə qarşı daha məqsədyönlü mübarizə aparılmasına şərait yaradır. Seminarda direktor müavini X.Fərəcova, kitabxana müdiri İ.Mustafayeva və 8ci sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi