Sertifikasiya ilə bağlı iclas keçirilib

27 fevral 2024-cü il tarixində məktəbin direktoru Gültəkin Rüstəmova riyaziyyat, ingilis və rus dili müəllimlərilə metdobirləşmə daxilində müəllimlərlə görüş keçirdi. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən sertifiktlaşdırma prosesilə bağlı müəllimlərə dəstəklə bağlı keçirilən görüşün məqsədi təfərrüatların müzakirəsi və sertifikatlaşdırma prosesinə hazırlıqdır. Məktəbin direktoru G.Rüstəmova iclasda iştirak edən riyaziyyat, ingilis və rus dili müəllimlərinə uğurlar arzu etdiyini bildirdi. Sonra G.Rüstəmova sertifikasiyanın keçirilməsi qaydaları və müsahibə mərhələsi ilə bağlı fikir bildirdi. O həmçinin qeyd etdi ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdan ibarətdir. Sonra təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş.Abasova və T.Hacıyeva çıxış etdilər. Fənlər üzrə metodbirləşmə sədrləri Z.Kazımova və G.Ağayeva BŞTİ tərəfindən sertifikasiya ilə bağlı keçirilmiş iclasda səsləndirilən fikirləri müəllimlərin diqqətinə çatdırdı. Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi