"Məni xoşbəxt eyləyən öz sevimli dilimdir"adlı tədbir keçirildi

21.02.2024 -cü il tarixində Beynəlxalq  Ana Dili Günü münasibətilə  məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi Nigar Məmmədovanın təşkilatçılığı ilə "Məni xoşbəxt eyləyən öz sevimli dilimdir" adlı tədbir keçirildi. Tədbirdə "Beynəlxalq  Ana Dili Günü"nün yaranma tarixindən, dilimizin gözəlliyindən, bu dilin geniş imkanlara malik olmasından danışıldı.Sonra musiqilər səsləndirildi,müxtəlif şeirlər dinlənildi, video- slaydlar nümayiş etdirildi. Şagirdlərin ifasında kiçik səhnəciklər  göstərildi. Məqsəd əsrlərin əmanəti olan doğma dilimizi qorumağın,ona hörmətlə yanaşmağın hamının müqəddəs borcu olduğunu şagirdlərə aşılamaqdır. Tədbirdə məktəb rəhbərliyi, fənn müəllimləri və şagirdlər iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi