"Əsrlərin yadigarı Ana Dilim " adlı tədbir keçirildi.

21.02.2024 tarixində kitabxanada Azərbaycan dili aylığı çərçivəsində "21 Fevral Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə Qənbərovanın təşkilatçılığı ilə "Əsrlərin yadigarı Ana Dilim " adlı tədbir keçirildi. Tədbirdə " Beynəlxalq  Ana Dili Günü"nün yaranma tarixindən, bu dilin gözəlliyindən, geniş imkanlara malik olmasından danışıldı. Musiqilər, şeirlər dinlənildi, video-slaydlar nümayiş olundu. Məqsədimiz  əsrlərin əmanəti olan doğma dilimizi qorumağın, ona hörmətlə yanaşmağın hamının müqəddəs borcu olduğunu şagirdlərə aşılamaqdır. Tədbirdə D/m X.Fərəcova, M/S S.Quliyeva, K/m I.Mustafayeva ,U.b.t.r. Ə.Zeynalova və 8 C sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi