"Kitab Bağışlama Günü " ilə əlaqədar tədbir keçirildi

14.02.2024. tarixində kitabxanada 14 Fevral "Kitab Bağışlama Günü " ilə əlaqədar tədbir keçirildi.Kitabxana müdiri İradə Mustafayeva tədbir iştirakçılarına bu günün yaranma tarixi haqqında maraqlı məlumat verdi.D/M Xuraman Fərəcova mütaliə mədəniyyətinin formalaşmasında kitabın rolundan , M/S Sevil Quliyeva   gələcək nəsillərin dünyagörüşünün inkişafında kitab oxumağin nə qədər vacib məsələ olmasından danışdılar. Sonra tədbir diskusiya formasında davam etdi.Sonda "Bir qalanın sirri" filmindən  kitab oxumağin faydası haqqında olan fraqmentlər izlənildi .Tədbirdə müəllimlər: UBTR Ə.Zeynalova, S.Şahbazlı, G.Əliyeva, V.Səlimova, psixoloq A.Ağarzayeva və 5d sinif şagirdləri iştirak etdilər. Bu səpgidə tədbirlərin  keçirilməsi şagirdlərin həyatında böyük iz buraxacağına və onların kitaba,mütaliəyə marağının artacağına inanırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi