"Gənclər Günü" nə həsr olunmuş tədbir keçirildi

02.02.2024 tarixdə Kitabxanada "Gənclər Günü" münasibətilə "Qələbə Ruhlu Azərbaycan Gəncləri" adlı tədbir keçirildi.Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə K/M I.Mustafayeva açdı.Tədbirdə D/M X.Fərəcova, H/S A.Balaəliyeva, U.B.T.R. Ə.Zeynalova, coğrafiya müəllimi V.Səlimova və 11ç sinif şagirdləri iştirak etdilər.Müəllimlər öz çıxışlarında 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuzun düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən danışdılar.Hər bir ölkənin həyatında gənclərin rolunun əvəzsiz olmasından, gənclərin bizim sabahımız, işıqlı gələcəyimiz olmasından danışdılar.Şagirdlərin də çıxışları dinlədildikdən sonra "Gənclər Günü" nə həsr olunmuş video çarx izlənildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi