2023/2024- cü tədris ilinin I yarımilinin yekunlarına dair Pedaqoji şura

31.01.2024-cü il tarixdə Pedaqoji şuranın 2023/24-cü tədris ilinin birinci yarımilinin yekunlarına həsr olunmuş iclası keçirilmişdir. İclası giriş sözü ilə açan məktəbin direktoru G.Rüstəmova yarımildə qarşıya çıxan problemlərdən danışdı. Birinci yarımilin hesabatı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri tərəfindən təqdim edildi. İkinci yarımildə görüləcək işlər kollektivin diqqətinə çatdırıldı. İclasın sonunda rəhbərliyin 30.01.2024-cü il tarixli təlimatı kollektivin diqqətinə çatdırıldı. Bildirildi ki, təhsilalanlar arasında risk qruplarına daxil olan şagirdlər müəyyənləşdirilsin, nəzarət gücləndirilsin, valideynlərlə iş aparılması və kommunikasiya diqqətə götürülsün, baş vermiş hadisələrlə bağlı rəhbərliyə vaxtında məlumat verilsin.