Qarabağ müharibəsi veteranları ilə görüş

09 fevral 2017 -ci il məktəbimizdə şagirdlərlə Qarabağ müharibəsi veteranları ilə görüş təşkil edildi . " Dəyirmi masa " ətrafında təşkil edilmiş görüşə Kürdəxanı qəsəbəsində yaşayan müharibə iştirakçıları gəlmişdilər. Görüşdə veteranlar keçdikləri döyüş yollarını , şahidi olduqları mühüm hadisələri şagirdlərin diqqətinə çatdırdı .Şagirdlərin suallarını cavablandıran qonaqlarımız vətən uğrunda bir daha döyüşməyə hazır olduqlarını dilə gətirdilər. Şagirdlərimizin vətənpərvərlik anlayışlarının inkişaf etdirilməsində , onların mənəvi tərbiyəsində belə görüşlərin əhəmiyyəti çox böyükdür. Eyni zamanda Qarabağ qaziləri görüşün vacibliyini qeyd edərək öz təkliflərini bildirdilər. Vaxt ayırıb şagirdlərlə görüşə gələn , döyüş xatirələrini onlarla bölüşən hər bir Qarabağ qazisinə təşəkkür edirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi