“20 Yanvar – qan yaddaşımız” adlı tədbir keçirildi

17 yanvar 2024-cü il tarixində məktəbdə  20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr edilmiş “20 Yanvar –Qan Yaddaşımız” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə açıq elan olundu. Vətənin bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi,şagirdlər tərəfindən mahnılar,şeirlər ifa olundu. Şagirdlərin iştirskilə“20 Yanvar –Qan Yaddaşımız”adlı kompozisiya tədbir iştirakçılarına təqdim olundu.
Sonda, məktəbin direktoru G. Rüstəmova tədbir iştirakçılarına o şaxtalı yanvar günü facəsi və onun ağır nəticələri haqqında geniş məlumat verərək qeyd etdi ki,bu gün xalq olaraq müstəqil dövlət olaraq fəxrlə qeyd etdiyim 44 günlük Zəfərdən söhbət açdı və bu Zəfərin əldə olunmasında ​ Dövlət Başçımız Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən siyasəti və Vətən uğrunda öz canlarından keçmiş Şəhidlərimiz haqqında şagirdlərə geniş məlumat verdi. Həmçinin qeyd etdi ki, Şəhidlərimizin xatirəsini daim uca tutmaq hər birimizin vətəndaşlıq borcudur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi