"H.Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirildi

27 dekabr 2023 ci il tarixində kitabxana müdiri İ.Mustafayevanın təşkilatçılığı ilə Ümummilli lider H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş "H.Əliyev və milli-mənəvi dəyərlərimiz" mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə məktəbin direktoru G.Rüstəmova açdı. O, öz çıxışında H.Əliyevin Azərbaycanın bu günü naminə atdığı cəsarətli, tarixi addımlarından, həyata keçirdiyi misilsiz və möhtəşəm layihələrindən danışdı. Daha sonra Azərbaycan dili müəllimi  T.Tağıyev "H.Əliyev və dil siyasətinin uğurları", Tarix müəllimi  X.Heydərova "Milli-mənəvi dəyərlərin qorunmasında H.Əliyevin rolu",  Coğrafiya müəllimi V.Səlimova "Milli mədəniyyətimiz H.Əliyev ideyalarından güc alır" mövzusunda çıxış etdi. Sonda bədii hissədə İ.Mustafayeva  və musiqi müəllimi N.İsayevayla birgə hazırladıqları proqramla    şagirdlərin ifasında şeirlər, musiqilər və rəqs oldu. Rəhbər işçilər, müəllimlər və şagirdlər iştirak etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi