Vlll sinfində reproduktiv sağlamlığa həsr olunmuş məşğələ təşkil olundu

19 dekabr 2023-cü il tarixində məktəbin Vlll sinfində reproduktiv sağlamlığa həsr olunmuş məşğələ təşkil olundu. Məşğələnin mövzusu "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" oldu. Şagirdlər terapevt, stomatoloq, dermatoloq, diyetoloqlar olmaqla 4 qrupa bölündü. Hər bir qrup reproduktiv sağlamlıq həyatın bütün mərhələlərində reproduktiv proseslərə, funksiyalara və sistemlərə təsir göstərdiyi haqqında geniş məlumat verdi. Qeyd olundu ki, sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq sağlamlığımızı qoruyan əsas şərtlərdəndir. Məşğələnin sonunda şagirdlər gigiyena ilə bağlı informasiya mübadiləsi etdi, zəruri məlumatlar qazandı.