Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar lider" adlı tədbir keçirildi

11 dekabr 2023-cü il tarixində məktəbin fəaliyyət planına əsasən UBT rəhbəri Ə. Zeynalovanın təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş "Əbədiyaşar lider" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himnilə açıq elan olunan tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri T. Hacıyeva, N. Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, müəllim və şagirdlər iştirak etdi. Şagirdlər Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Tədbirdə ümummilli liderə həsr olunan film nümayiş olundu. Çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdi. Sonda məktəbin direktoru G. Rüstəmova çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə ,inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan, siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi