"Dünyamıza sülh gərəkdir" adlı tədbir keçirildi

09 dekabr 2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi Z. Mehbalıyevanın təşkilatçılığı, 2Ç sinif şagirdlərinin iştirakilə "Dünyamıza sülh gərəkdir" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himnilə açıq elan olunan tədbirdə məktəbin direktoru G. Rüstəmova, təlim-tərbiyə işləri üzrə direktor müavinləri Ş. Abbasova, N. Abbasxanova, uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı X. Fərəcova, psixoloq R. Ağayeva, ibtidai sinif müəllimləri, valideynlər iştirak etdi. Şagirdlərin ifasında "Sussun silahlar", "Müharibə olmasın", "Mən sülhə səs verirəm" adlı çıxışlar, səhnəciklər, mahnı və rəqslər nümayiş etdirildi. Sonda məktəbin direktoru G. Rüstəmova çıxış edərək sülh carçılarına maraqlı, maarifləndirici tədbir üçün təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi