“BREYN-RİNQ” BİLİK YARIŞI

MƏKTƏBLİLƏRİN "GƏNC İSTEDADLAR" BREYN-RİNQ BİLİK YARIŞININ İKİNCİ MƏRHƏLƏSİ KEÇİRİLDİMəktəbin Fəaliyyət Planının 1.1.1.23-cü bəndinə müvafiq olaraq şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq qabiliyyəti, özünü təqdimetmə və kollektivi təmsil etmə qabiliyyətinin, İKT-dən istifadədə elmi bacarıqlarının üzə çıxarılması məqsədilə yanvarın 27-də 113 nömrəli tam orta məktəbdə 24, 84,113, 312 və 327 nömrəli tam orta məktəblərin İNTELLEKT, ZƏFƏR, ZƏKA,LİDER VƏ TƏFƏKKÜR komandalarının iştirakı ilə MƏKTƏBLİLƏRİN "GƏNC İSTEDADLAR" BREYN-RİNQ BİLİK YARIŞInın 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ikinci mərhələsi keçirildi. Bu dəfə komandalar biologiya, fizika, informatika və ingilis dili fənlərindən biliklərini sınadılar. Məktəbimiz bu yarışda da uğurlu nəticə göstərdi ..Komandaların növbəti görüşü fevral ayında ANA DİLİ gününə həsr olunacaq və 327 nömrəli tam orta məktəbdə keçiriləcək. Bütün komandalara uğurlar.