Məktəbimizdə bu ildən dram dərnəyi fəaliyyət göstərir. 12 yanvar 2017-ci il tarixində Mahrux müəllimin rəhbərliyi ilə şagirdlər " Molla Nəsrəddin 110 " adı ilə gözəl tədbir hazırlamışdılar. Tədbirdə məktəbin direktoru Qasımov Rövşən , müavinlər ,şagirdlər və valideynlər iştirak etdi. Dərnək üzvləri hazırladıqları səhnə tamaşaları ilə bacarıq və qabiliyyətlərini nümayiş etdirdilər . Maraqlı və gözəl tədbirə görə Mahrux müəllimə və şagirdlərə təşəkkür edirik.