2"Ç" sinif Fəxri Xiyabana və Qənimətlər Parkına səfər etmişlər

04.11.2022-ci il  tarixdə məktəbin  2"Ç"  sinif müəllimi Qasımova Nərminə şagirdləri ilə birlikdə İkinci Fəxri Xiyabana və Qənimətlər Parkına səfər etmişdir. Şagirdlər Vətən müharibəsində canını fəda etmiş şəhidlərin məzarını ziyarət etmiş, onların məzarı üstünə qərənfillər qoymuş, şəhidlərə həsr edilmiş şeirlər söyləmiş, bir neçə şəhid ailəsini görmüş onlarla xatirə fotoşəkilləri çəkdirmişlər. Sonra isə şagirdlər Hərbi Qənimətlər Parkına getmişlər. Vətən müharibəsində 44 gün ərzində düşməndən qənimət kimi əldə edilən hərbi qənimətləri görmüşlər. Bu qənimətlər şagirdlərin  qəhrəman oğullarımızın şücaəti haqqında bu günə kimi nəzəri olaraq eşitdikləri fikirlərin bariz əyani sübutu idi. Şagirdlərin bu səfəri onlara vətənpərvərlik hissinin aşılanmasında mühüm rol oynamış nüansdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi