"Zəfər Günü" adlı tədbir

Məktəbin tarix müəllimi N.Mahmudova "Zəfər Günü"nə həsr olunmuş tədbir keçirdi. Tədbirdə şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər "Zəfər Günü"nə həsr olunmuş şeirlər, mahnılar, rəqslər və video-çarx nümayiş etdilər. Tədbirdə məktəbin direktor müavini Ş.Abasova, X. Fərəcova, psixoloq G.Hüseynova və fənn müəllimləri də iştirak etdilər.