"Zəfər Sorağı"

4.11.2022-ci il tarixdə məktəbin 1d sinif müəllimi Əhmədova Ayşənin rəhbərliyi ilə 8 Noyabr "Zəfər Günü" nə həsr edilmiş "Zəfər sorağı" adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru G.Rüstəmova, direktor müavini Ş.Abbasova, Təlim-tərbiyə işləri üzrə direktor müavini X.Fərəcova və bir neçə müəllim və şagirdlər iştirak etmişlər. Tədbir Dövlət Himninin ifası, sonra isə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anmaqla başladı. Tədbirdə şagirdlərin təqdimatında vətənpərvərlik və qələbə məzmunlu şeirlər səsləndirilmiş, rəqslər ifa edilmiş, ədəbi-bədii kompazisiyalar nümayiş etdirilmişdir. Sonda şagirdlər sülh quşu olan göyərçin maketləri ilə birgə "Sülh nəğməsi" ifa etmişlər. Tədbir müəllimlərin ürək sözlərinin səsləndirilməsi ilə başa çatmışdır.