"Zəfərin mübarək Azərbaycan!" adlı tədbir keçirildi

02.11.22 ci il tarixdə kitabxanada "Zəfər günü" nə həsr olunmuş "Zəfərin mübarək Azərbaycan!" adlı tədbir keçirildi. Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış "Zəfər Günü" haqqında şagirdlərə ətraflı məlumat verildi. Vətən müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barəsində danışıldı. 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Tədbirdə şagirdlər vətən və vətənpərvərlik mövzusunda şeirlər söylədilər, "Zəfər mahnısı" səsləndirildi və  "Zəfər Günü" nə həsr olunmuş videoproyeksiya nümayiş olundu. Tədbirdə məktəbin direktor müavini  X.Fərəcova, kitabxana müdiri  İ.Mustafayeva, fənn müəllimi T.Tağıyev, kitabxanaçı X.Ağayeva, UBTR  Ə.Zeynalova, psixoloq G.Hüseynova, 6 və 8 ci sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi