"Mənim hüququm"

Uşaq hüquqları Konvensiyası – BHT tərəfindən qəbul edilmiş bir saziş olaraq dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Hüquqlar dedikdə uşaqların təhsil almaq, məlumat almaq istirahət etmək, dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq müharibələr və uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Gəlin uşaqlarımızı qoruyaq! Onlar bizim gələcəyimizdir!