"Şəhidlər ölməz, Vətən bölünməz!" başlığı altında şəhidlərimizə həsr olunan dəyirmi masa

14.10.22 ci il tarixində məktəbin kitabxanasında "Şəhidlər ölməz, Vətən bölünməz!" başlığı altında şəhidlərimizə həsr olunan dəyirmi masa keçirildi. 8b sinif şagirdləri 44 günlük Vətən müharibəsində gedən ağır döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan İlqar Vəliyev, Samid Əsgərov, Tural Əhədov haqqında topladıqları məlumatları iştirakçılara təqdim etdilər. Hər bir şəhidimizə həsr edilmiş video-çarx nümayiş olundu. Tədbirdə direktor müavini X.Fərəcova, kitabxana müdiri  İ.Mustafayeva, kitabxanaçı X.Ağayeva, UBTR Ə.Zeynalova, rus dili müəllimləri  L.Zülfüqarova, P. Adıgözəlova, psixoloq G.Hüseynova və 8b sinif şagirdləri iştirak etdilər. Allahdan şəhidlərimizə rəhmət diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi