Anım Günü münasibətilə Zəfər muzeyində dərs keçilib

    Azərbaycan tarixinə yazılan qəhrəmanlıq salnaməsi bu dəfə sentyabr ayında başladı və noyabrın 10-a qədər davam etdi. Qarabağda itirilmiş torpaqların uğrunda Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması ölkə başçısının 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən sentyabrın 27- də keçirilir.

    Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi  bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə “Allah rəhmət eləsin!” deyirik.

    Dövlətimiz və xalqımız onların şücaətinin yüksək qiymətləndirir, şəhidlərimizin  ruhuna böyük  ehtiram göstərir və hər zaman xatirəsini uca tutur. Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi