Tədris ilinin ilk Pedaqoji iclası keçirildi

12.09.2022-ci il tarixdə Pedaqoji şuranın 2022/23-cü tədris ilinə aid ilk iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru G.Rüstəmova bütün kollektivə yeni tədris ilində uğurlar arzu etdi. Sonra şuranın sədr və katibi seçildi. Pedaqoji şurada keçən tədris ilinin yekunları, IV siniflər üzrə monitorinq nəticələri, IX və XI sinif şagirdlərinin buraxılış imtahan nəticələri barədə G.Rüstəmova hesabat təqdim edərək əldə edilmiş nailiyyətlərdən və il boyu narahatlıq doğuran nöqsanlardan danışdı. Ümumi müzakirədən sonra qarşıda duran əsas hədəflər müəyyənləşdirildi. Məktəbin fəaliyyət planı kollektivin diqqətinə çatdırıldı. Yeni fəaliyyətə başlamış gənc müəllimlər kollektivə təqdim edildi və onlara çətin və şərəfli müəllimlik peşəsində uğurlar arzu edildi. Ümumilikdə iclasda metodbirləşmə sədrləri, müəllimlərin dərs yükü, sinif rəhbərlərinin fəaliyyəti, məktəbdə təşkil olunmuş növbətçilik cədvəli və digər məsələlər müzakirə olundu.